Ceyhun Osmanlı: “Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti dövlətinin yanındadır” - MÖVQE
"Bu gün Azərbaycanda milli birliyin hakim olduğu bir cəmiyyət modeli formalaşıb və mövcuddur. Ümummilli birlik məsələsində isə insanlar daha həssas və güclü olmalıdır". Bunu SİA-ya açıqlamasında İrəli İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı sabah bir qrup gəncin mitinq keçirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, belə bir cəmiyyətdə xalqla dövlət bir arada olmalıdır. Millət vəkilinin sözlərinə görə, belə olduqda cəmiyyət daha çox inkişaf edir.
"Azərbaycan plüralist, demokratik dəyərlərin üstün olduğu bir cəmiyyətdir. Avro-Atlantik məkana inteqrasiya edir. Azərbaycan 1918-ci ildə şərqin ilk demokratik dövlətini, parlamentini quraraq demokratik ənənələri Qərbdən Şərqə doğru yönəldib. Belə bir cəmiyyətdə müxtəlif fikirləri daşıyan insanların, gənclərin olması çox normaldır. Əgər bu gün Azərbaycan cəmiyyətində sayı az olan, hər hansı gənclər təşkilatı müəyyən bir etiraz aksiyası keçirmək istəyirsə və onlara hardasa bu aksiyanı keçirməyə razılıq verilirsə, bu, ölkədəki demokratiyanın bir göstəricisidir. Bu gənclər bütün fikirlərini ifadə edir. Amma bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti dövlətinin, xalqının ətrafında birləşərək Azərbaycanın inkişafına çalışırlar. Onlar təhsil almaq, intelektini inkişaf etdirmək, özlərini yüksəltmək yolu ilə cəmiyyəti, dövləti inkişaf etdirməyi qarşıya məqsəd qoyurlar. Amma sabahkı aksiyada nə qədər gəncin toplaşacağı barədə söz demək mümkün deyil. Yalnız mitinqdən sonra onun necə keçirildiyi barədə konkret söz demək mümkün olacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB