DİN-in Təchizat İdarəsinin 4 nömrəli baxçasında Novruz şənliyi keçirilib - FOTOSESSIYA
Baxça uşağın ilk məktəbidir. Övlad da baxçada öz yaşıdları ilə oynayır. Bəzən ilk sevgisini baxçada tapır. Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin 4 nömrəli baxçasında uşaqları sevindirmək üçün, sevinclərinə sevinc qatmaq məqsədi ilə Novruz şənliyi keçirilib. SİA-nın xəbərinə görə, tədbirin təşkil olunmasında xüsusi rol oynayan bağçanın müdirəsi Sevinc Məmmədəliyeva çıxış edərək uşaqları, pedaqoji kollektivi, tədbirin digər iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
O bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim bayramlarından biridir və əsrlər boyu hər il qeyd olunur: "Milli bayramımız, baharın müjdəçisi Novruzu uşaqlar daha çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Bu il də Novruzun gəlişini uşaqlar böyük sevinclə qarşılayırlar. Hər il bu əziz bayram şərəfinə təhsil müəssisələrində bir-birindən maraqlı, yaddaqalan mərasimlər təşkil olunur. Bizim bağçamız da uşaqları sevindirmək üçün belə tədbirləri keçirməyi özümüzə borc bildik".
Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edili, səhnəciklər göstərilib. Sonra uşaqlar bayram şənliyi üçün hazırladıqları maraqlı ədəbi-musiqili proqramı təqdim ediblər. Şənliyin ən maraqlı anları isə Bahar qızın gəlişi, Kosa ilə Keçəlin çıxışları olub. Onlar öz məzəli sözləri, hərəkətləri ilə uşaqlara sevincli anlar yaşadıblar.
Mamed Bağırov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB