Qeydiyyatdan keçən QHT-lərin bir çoxu niyə normal fəaliyyət göstərmir?
"Bu gün ölkədə 3000-dən artıq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Onların yalnız 1200-ü il ərzində Maliyyə Nazirliyinə fəaliyyəti barədə hesabat verir. Qalan 1800 təşkilatın fəaliyyəti barədə isə heç bir xəbər yoxdur". SİA-nın xəbərinə görə, bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib. O bildirib ki, hazırda forumda olan 50-60 təşkilat qeydiyyatdan keçməyib. Təşkilatların qeydiyyatdan keçməsi ilə bağlı müəyyən problemlərin olduğunu deyən R.Zeyni qeyd edib ki, bununla əlaqədar olaraq hər dəfə müraciət edilib.
"Forum olaraq təşkilat mütəmadi olaraq müzakirəlrə aparır və vəziyyətə baxılır. 1004 təşkilat barədə məlumat sorğu kitabçası hazırlanıb və burada onlar haqqında geniş məlumatlar öz əksini tapıb. Qeydiyyatdan keçən 3000 təşkilatdan yalnız 1000-dən çoxu normal şəkildə fəaliyyət göstərir. Digər fəaliyyət göstərməyən 2000 təşkilatın niyə qeydiyyatdan keçməməsinin əsl səbəbləri araşdırılmalıdır. Bunların kökü müzakirə edilərək məsələ tam şəkildə həll olunmalıdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB