Sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilir-FOTOSESSİYA
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. SİA-nın xəbərinə görə, şənliyin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsidir.
Şənlikdə Bakıda fəaliyyət göstərən internat məktəblərindən 600-ə yaxın valideyn himayəsindən məhrum olub, əlilliyi olan uşaqlar, eyni zamanda, məcburi köçkün ailələrindən olan uşaqlar iştirak ediblər. Uşaqlara bayram hədiyyələri təqdim edildikdən sonra, şənlikbayram süfrəsi ətrafında tanınan estrada ulduzları və klounların iştirakı ilə davam edib.
Bayramın ikinci günü bu gün də davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB