Milli QHT Forumu 2011-ci ilin illik hesabatını açıqladı

Milli QHT Forumu 2011-ci ilin illik hesabatını açıqladı

Bu gün Milli QHT Forumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2011-ci ilin illik hesabatını açıqlayıb. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Milli QHT Forumunun sədri Rauf Zeyni bildirib ki, ölkənin ən böyük QHT koalisiyası olan forum əvvəlki illərdə olduğu kimi, ötən ildə də strateji fəaliyyət istiqamətlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Onun sözlərinə görə, 2011-ci il də Milli QHT Forumunun tarixində bir neçə hadisə ilə yadda qalıb: "Forum 1995-ci il 95 təşkilatın birləşməsi nəticəsində yaranıb. Hazırda forumun 572 üzvü var. 2011-ci ildə 21 QHT forumun üzvlüyə qəbul olunub. Bunlardan 16-sı Bakı, 5 QHT isə region təşkilatlarıdır. Bundan əlavə, MQF-də Slavyan Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Bakı Avrasiya Universitetindən tələbələrin praktikası təşkil olunub və tələbələr forumun iş strukturu ilə tanış olublar. 2011-ci ildə MQF Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "QHT-lərə texniki və informasiya dəstəyi" layihəsini həyata keçirib. Layihənin ümumi məbləği 17 900 manat təşkil edib. Forum hər il fəaliyyətini yeniliklərə, müasir tələbələrə uyğun olaraq işlər həyata keçirir. Forum milli donorlarla kifayətlənmir və fəaliyyəti dövründə beynəlxalq donorlara da müraciət edib. Cari ildə də bu fəaliyyət davam etdiriləcək".


R.Zeyni qeyd edib ki, forum ötən il ərzində bir sıra ölkələrdə beynəlxalq tədbirlər də təşkil edib. 2011-ci il Milli QHT Forumunun Litvanın Qeyri-Hökumət Təşkilatları İnformasiya və Dayaq Mərkəzi ilə müqavilə bağladığını deyən sədrin sözlərinə görə, bu il Latviya, Estoniya və digər ölkələrlə belə əməkdaşlıqlar davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə