Bakıda fasillərlə yağıntı, bəzi yerlərdə qar gözlənilir

Bakıda fasillərlə yağıntı, bəzi yerlərdə qar gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcə isti olacaq.


16-17 mart tarixlərində Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.


Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə