Türkiyə Dövlət Arxivindəki sənədlər əsasında ərsəyə gələn "Osmanlı arxiv sənədlərində Naxçıvan" ("Osmanlı Arşiv Belgelerinde Nahçivan") kitabı nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasından SİA-ya verilən xəbərə görə, əsər 1554-1923-cü illərə aid 85 mövzuda 157 sənədi özündə birləşdirir.
Nəşrdə yer alan sənədlərdə Qanuni Sultan Süleyman, Sultan III Əhməd, Sultan II Əbdülhəmid dövründə Naxçıvan bölgəsində həyata keçirilən idarəçilik, əmr və sərəncamlar, Naxçıvan bölgəsinə və Naxçıvandan başqa yerlərə edilən köçlər, xüsusilə də, ermənilərin Osmanlı torpaqlarından Naxçıvana köç etməsi və bu ərazilərdə həyata keçirdikləri qətliamlar, pozuculuq hərəkətləri və sair ardıcıl qeyd olunub.
Qeyd edək ki, kitabın tərtibçisi və ön sözün müəllifi Türkiyə Dövlət Arxivinin baş direktoru, professor Yusuf Sarınaydır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB