Martın 16-da İngiltərənin Bournemouth şəhərində Azərbaycanın Londondakı səfirliyinin, Azərbaycan-Avropa Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, Novruz şənliyində Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Böyük Britaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyəti, "Azərbaycan Hava Yolları" QSC-nin və Azərbaycan Beynəlxalq Bankının London nümayəndəliklərinin əməkdaşları, KİV təmsilçiləri və 500-dən çox xarici qonaq iştirak edəcək.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB