Qarşıdan Novruz Bayramı gəlir. Bu bayramı bütün azərbaycanlılar kimi Ukraynada yaşayan soydaşlarımız da təmtəraqla qeyd etmək üçün xüsusi hazırlıq işləri görürlər. Bu barədə SİA-nın Ukrayna bürosu məlumat verib.
Məlumatda deyilir ki, Ukrayna Azərbaycanlıları Konqresi bütün şəhərlərdə bu bayramı keçirmək üçün müəyyən işlər görüb. Kiyev, Xarkov, Krım, Fastov, Vasilkov, Zaporjye şəhərlərində isə bayramın daha təmtəraqlı olacağı gözlənilir.
Fastov şəhər yerli Radasının deputatı Asiman Fərhad oğlu Yarıyev Novruz hazırlığı ilə bağlı münasibət bildirib: "Biz bayrama xüsusi hazırlaşmışıq. Bu da bir məqamdır ki, Azərbaycan mədəniyyətini, mətbəxini və xalqımızla bağlı bütün həqiqətləri dünyaya çatdıraq. Biz bayram tədbirlərinə yerli ictimaiyyət nümayəndələrini və dövlət nümayəndələrini də dəvət etdiyimiz üçün əsl məqamdır ki, musiqimizi, mətbəximizi onlara bir daha nümayiş etdirməklə Azərbaycanın zəngin mədəniyyətli xalq olduğunu sübut edəcəyik. Azərbaycanlı xanımların hazırladığı şəkərbura, paxlava və digər şirniyyatlar yerli sakinlərin həmişə diqətini cəlb edir".
Novruz bayramı ilə bağlı tədbirlər Vasilkov şəhərində də qeyd olunacaq. İlaxır çərşənbə günü qalanan tonqallar yerli sakinlərin diqqətini daha çox cəlb etmişdi. Göyçaydan olan yerli iş adamları Sakit, Zamiq Bilalov qardaşları və Zeynalov Siracın verdiyi məlumata görə, Vasilkov şəhərində Novruzla bağlı tədbirlər silsilə şəklində davam etdirilir".
Azərbaycanlı iş adamları əsasən kasıb ailələrə Novruz şirniyyatları hədiyyə etməklə həm milli kulinariyamızı nümayiş etdirir, həm də Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu göstərir".
SİA-n Ukrayna bürosu da Vasilkov şəhər 8-saylı orta məktəbində kiçik tədbir keçirməklə aşağı sinif şagirdlərini Azərbaycan şirniyyatlarına qonaq edib.
Əlmaniz ƏLƏKBƏRLİ, Şərqi Avropa ölkələri və Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB