Dövlət Neft Şirkəti Novruz Bayramı ərəfəsində Ağdam və Tərtər rayonlarında müvəqqəti məskunlaşan məcburi köçkünlərə bayram sovqatı gətirib. Novruz bayramı ərəfəsində cəbhə bölgəsinə səfər edən Dövlət Neft Şirkətinin əməkdaşları hər iki rayonda 10522 nəfərə un, düyü, çay və digər ərzaq məhsullarından ibarət yardım verib.
Məcburi köçkünlər Novruz bayramında onlara göstərilən bu diqqətə görə təşəkkür edərək ən böyük arzularının doğma torpaqlarına qayıtmaq olduqlarını bildiriblər.
Bundan əvvəl Dövlət Neft Şirkəti Füzuli rayonunun çəbhəyanı yaşayış məntəqələrində yaşayan 40000 nəfər soydaşlarımıza eyni qaydada yardım edib. Daha sonra Sumqayıt şəhərlərində məskunlaşan 29220 nəfər məcburi köçkünə bayram münasibətilə ərzaq yardımının göstərilməsi nəzərdə tutulur.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB