Azərbaycanın ilk Milli Qəhrəmanı Səfiyar Behbudovun vəfat etməsinin 20-ci ildönümü qeyd edilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, 25 yaşında şəhid olan milli qəhramanımızın unudulmaz xatirəsini bir zamanlar təhsil aldığı və indi adının verildiyi orta məktəbin müəllim-şagird kollektivi tərəfindən yad edilib.
Səfiyar Abuzər oğlu Behbudov 18 iyun 1996-ci ildə Bərdə rayonunun Mollalar kəndində dünyaya göz açıb. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilməyib və könüllün müdafiə batalyonlarından birinə yazılıb və döyüş əməliyyatlarında igidliklə iştirak edib. Xocalı faciəsindən sonra Səfiyar könüllü olaraq Bərdə özünümüdafiə batalyonuna yazılır. Onu qabiliyyətinə, döyüş bacarığına görə komandir təyin edirlər. Daha sonra o Ağdam cəbhəsinə döyüşə yollanır.
1992-ci il mart ayının 11-i həyəcan siqnalı verilir, məlum olur ki, erməni daşnakları Əsgəran rayonu yaxınlığındakı postumuza hücum ediblər. Səfiyar piyadaların döyüş maşını (PDM) ilə döyüşə girir. Ön cəbhədə vuruşan döyüşçülərimizi xilas edir, özü isə Əsgəran rayonu istiqamətində irəliləyir. Qaraqaya deyilən yerdə Səfiyar erməni hərbicilərin böyük bir qüvvəsinə rast gəlir. Lakin o geri çəkilmir bir müddət irəlilədikdən sonra Səfiyarın idarə etdiyi döyüş maşını ermənilər tərəfindən vurulur və yaralı halda ermənilər onu əsir götürür. 10 gün əsirlikdə qalan Səfiyar heç bir sirr vermədiyi üçün onun ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar. Gənc zabitin yanmış cəsədini cətinliklə də olsa geri almaq mümkün olur.
Anım mərasimində milli qəhrəmanın ailə üzvləri də iştirak edib. Bildirilib ki, xalqımızın bu cür qəhrəman oğulları çoxdur. Onlar vətəni üçün canından-qanından mərdliklə keçərək şəhid olublar. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992 ci il tarixli 833 saylı fərmanı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən Səfiyar Behbudovun xatirəsi unudulmur.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB