Bu gün "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi (QUPA İB), Uşaqların Xoşbəxt Gələcəyi ictimai birliyi və ASE Express şirkətinin maliyyə dəstəyi ilə birlikdə milli bayramımız olan Novruzun gəlişi ilə bağlı valideyn himayəsinden məhrum olmuş uşaqlar, qaçqın və məcburi köçkün uşaqlar, həmçinin əqli qüsurlu uşaqlar üçün "Özgə uşaq yoxdur" devizi ilə Novruz şənliyi təşkil ediblər.
SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri Kəmalə Əliyeva uşaqları və qonaqları salamlayaraq bildirib ki, Novruz bizim milliliyimizdir, özümüzə qayıdışdır, birliyimizdir. İstər dövlət, istərsə də QHT-lər tərəfindən bu uşaqların heç vaxt diqqətdən kənarda qalmadığını bildirən K.Əliyeva bildirib ki, tədbiri təşkil etməkdə məqsədimiz balacalara mənəvi destek olamaq, onlara qayğı göstərmək və bayram sevincini bexş etməkdir.
Sonra tədbirdə Uşaqların Xoşbəxt Gələcəyi ictimai birliyinin sədri Nərgiz Kərimova çıxış edərək uşaqları təbrik edib onlara ən əsası sağlam və firavan heyat arzulayıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İnsan Hüquqlari müvekkil (Ombudsman) Elmira Suleymanova, Millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, Jalə Əliyeva, Rauf Əliyev, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herivord,Qarabağ Müharibəsi Əllliləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və tanınmış şair və yazıçılar da iştirak ediblər. Bayram süfrəsi arxasında keçirilən tədbirdə uşaqlar da öz ürək sözlərini deyiblər.
Tədbirdə tanınmış incəsənət nümayəndələri uşaqlar üçün maraqlı proqramla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB