KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb - SİYAHI

KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb - SİYAHI

KİVDF-nin Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb


SİA xəbər verir ki, 15 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələlər barədə məlumat verib:

1. Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin təsdiqi;

2. Cari məsələlər.

Fondun icraçı direktoru Vüqar Səfərli Novruz bayramı münasibətilə 2012-ci il fevralın 2-dən martın 6-nadək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə Şura üzvlərinə məlumat verib. Müsabiqənin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirildiyini xatırladan Vüqar Səfərli Fonda ümumilikdə 94 yazının təqdim edildiyini bildirib. Həmin yazıların 8-si informasiya agentliklərindən, 12-si regionlar, 74-ü isə respublika üzrə yayımlanan qəzetlərin əmək¬daşları tərəfindən təqdim olunub. Vüqar Səfərli yazıların 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirərək nəticələri Müşahidə Şurasının müzakirəsinə təqdim edib.

Daha sonra Fondun icraçı direktoru Müşahidə Şurası üzvlərini maraqlandıran sualları cavablandırıb. Şurası üzvləri müzakirələr zamanı müsabiqəyə marağın daha da güclənməsini razılıqla vurğulamaqla yanaşı, yazı-ların peşəkarlıq səviyyəsinin yüksəlməsini müsbət dəyərləndiriblər. Müzakirələr nəticəsində hər on istiqamət üzrə ən çox bal toplamış 3 yazı müəyyənləşdirilib və həmin yazıların müəllifləri səsvermə yolu ilə qalib hesab ediliblər (Geniş siyahı www.kivdf.gov.az saytında yerləşdirilib).

İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri:

I İSTİQAMƏT

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi:

1. Ağayev İlkin Ağahüseyn oğlu - "Palitra" qəzetinin müxbiri - 20.3 bal

2. Məmmədov Seymur Fərhad oğlu - "Day.az" İnformasiya Agentliyinin baş redaktor müavni - 20 bal

3. Bağırlı Böyükxan Yadulla oğlu - "Yeni Gün" qəzetinin baş redaktoru Cəlilabad - 19.6 bal

II İSTİQAMƏT

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqi¬qət¬lərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi:

1. İbadov Xaqani Səfər oğlu - "Ayna-Zerkalo" qəzetinin müxbiri - 20.3 bal

2. Ədilzadə Ədil Tahir oğlu - "Olaylar" İnformasiya Agentliyinin müxbiri - 20 bal

3. Məlikov Rüstəm Sadiq oğlu - "Qələbə" qəzetinin baş redaktoru(Salyan) - 19.6 bal

III İSTİQAMƏT

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi:

1. Rəhimov Təbriz Kamal oğlu - "Həftə İçi" qəzetinin müxbiri - 20 bal

2. Həsənov Fətulla Şirməmməd oğlu - "Səs" qəzetinin redaktor müavini -

19.6 bal

3. Mehdiyeva Elmira Mehdi qızı - "Zaqatala" qəzetinin müxbiri(Zaqatala) - 19.3 bal

IV İSTİQAMƏT

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği:

1. Rəşidova İlhamə Rafael qızı - "Azadinform" İnformasiya Agentliyinin müxbiri - 21.3 bal

2. Maxsudova Lalə Ziyadqızı - "Qobustan" qəzetinin baş redaktoru (Qobustan)- 21 bal

3. Babayev Xəyal Şahin oğlu - "Azadlıq" qəzetinin müxbiri 20.3 bal

V İSTİQAMƏT

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı:

1. Şirinov Şahin Şirin oğlu - "Futbol+Qol" qəzetinin şöbə müdiri - 22 bal

2. Miriyev Anar Barat oğlu - "Paritet" qəzetinin müxbiri - 20 bal

3. Əhmədov Anar Məsub oğlu - "Olimpiya dünyası" qəzetinin şöbə müdiri - 19.6

VI İSTİQAMƏT

İctimai və dövlət maraqlarının qorunması

1. Vəlibəyov Ramil Vaqif oğlu - "Yeni Azərbaycan qəzetinin məsul redaktoru - 20.6 bal

2. Səfərova Samirə Məmmədxənifə qızı - "Bakı-Xəbər" qəzetinin Baş redaktorun müavini - 20 bal

3. Həmidli Səxavət Nazim oğlu - "Mərkəz" qəzetinin müxbiri - 20 bal

VII İSTİQAMƏT

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi:

1. İsmayılov Rufik Afis oğlu - "Kaspi" qəzetinin müxbiri - 21 bal

2. Nəsirli Akif Sovet oğlu - "Paralel" qəzetinin redaktoru - 20.3 bal

3. Əhmədova Əminə Yusif qızı - "Kür" qəzetinin baş redaktoru (Yevlax) - 19.3 bal

VIII İSTİQAMƏT

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi:

1. Paşa Elşad Əlhüseyn oğlu - "Yeni Müsavat" qəzetinin müxbiri - 21

2. Quliyev Namiq Abbasqulu oğlu - "Bakı-Xəbər" qəzetinin müxbiri - 20.6 bal

3. Süleymanov Süleyman Əlisa oğlu - "Respublika" qəzetinin bölgə müxbiri - 20.3 bal

IX İSTİQAMƏT

Hüquqi dövlət və vətəndaş cəmiyyəti, quruculuğu:

1. Bayramov Rasim Məzahir oğlu - "Mövqe" qəzetinin redaktoru - 20 bal

2. Əliyev Abdulla Hacıağa oğlu - "Göyçay" qəzetinin Baş redaktoru (Göyçay) - 19.6 bal

3. Məmmədli Qalib İbrahim oğlu - "Ekspress" qəzetinin redaktoru - 19.3 bal

X İSTİQAMƏT

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi:

1. Məmmədova Xuraman İsmayıl qızı - "İki sahil" qəzetinin bölmə müdiri - 20.6 bal

2. Vəliyev Vəli Saleh oğlu - "SƏS" İnformasiya Agentliyinin İcraçı direktoru - 20.3 bal

3. Əliyev Rauf Feyzulla oğlu - "Xalq Qəzeti"nin əməkdaşı - 20 bal

Bütün xəbərlər Facebook səhifəmizdə