Son günlər bəzi kütləvi informasiya vasitələrində və bir sıra internet saytlarında İmişli rayonunda Qarabağ müharibəsi əlilinin və bir neçə rayon sakininin 10 mart 2012-ci il tarixdən aclıq aksiyasına başlaması barədə məlumatlar dərc edilmişdir.
İmişli rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, aksiyanın başlamasına səbəb kimi, 2010-cu ildə baş verən daşqınlar zamanı yaşadıqları evlərin qəzalı vəziyyətə düşməsi və Qarabağ müharibəsi əlilinə məxsus ticarət köşkünün götürülməsi göstərilib. Bildirilib ki, rayon ərazisində 2010-cu ilin məlum təbii fəlakəti ilə bağlı ziyan çəkmiş hər bir evə baxış keçirilib və nəticəsi ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. Hazırda da bu proses davam etdirilir: \"Həmçinin bildiririk ki, Qarabağ müharibəsi əlilinin ticarət köşkü yerindədir və kimsə tərəfindən götürülməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən rayon ərazisində aclıq aksiyası keçirən olmamışdır və bu gün də yoxdur.
Müxtəlif kütləvi informasiya vasitələrində və internet saytlarında yer alan bu kimi materiallar rayon ərazisində ictimai-siyasi sabitliyi pozmağa maraqlı olan, radikal müxalifətin bir neçə nümayəndəsinin əsassız və qərəzli məlumatlarıdır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB