Kenyada “Gənclər 21: Dəyişiklik üçün Qlobal Gənclərin Liderlik Forumu” keçirilir

Kenyada “Gənclər 21: Dəyişiklik üçün Qlobal Gənclərin Liderlik Forumu” keçirilir

15-18 Mart, 2012-ci il Kenyanın Nairobi şəhərində BMT-nin dəstəyi ilə "Gənclər 21: Dəyişiklik üçün Qlobal Gənclərin Liderlik Forumu" keçirilir. AGAT-dan SİA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti kimi Azərbaycan Gənclərinin Avropa İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Eyvazova bu forumda iştirak edir. Forumun əsas məqsədi gənclərin iqtisadi və siyasi idarəetmə, davamlı inkişaf istiqamətində aktiv iştirakçılığı üzrə müzakirə keçirtməkdir. AGAT təmsilçisi bu istiqamətdə diskusiyalara qoşularaq ölkəmizin uğurları və dinamik inkişafı barədə fikirlərini bölüşəcək.

Müxtəlif dünya dövlətlərinin rəsmilərinin, QHT-lərin, beynəlxalq təşkilatların qatıldığı Forumda BMT-nin baş katibi Ban Ki Moon, Nigeriyanın gənclər naziri, Kenyanım Gənclər və İdman naziri, Norveç Krallığının xarici işlər naziri və s. rəsmilər də iştirak edir.

Qeyd edək ki, forum çərçivəsində həm də qlobal dünyada gənclərin bütün proseslərdə fəal iştirakının mühümlüyü və fəaliyyətlərinin verdiyi nəticələr barədə danışalacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə