Ölkədə işsiz, iş axtaran vətəndaşların sosial müdafiəsi gücləndiriləcək

Ölkədə işsiz, iş axtaran vətəndaşların sosial müdafiəsi gücləndiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planının əsas səciyyəvi xüsusiyyətlərindən biri onun vətəndaş cəmiyyəti institutları və ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə birgə hazırlanmasından ibarətdir. SİA-nın xəbərinə görə, nazirliyin Dövlət sosial təminat şöbəsinin müdiri Elnur Sultanov bildirib ki, burada nazirliyin əhatə etdiyi bütün sahələr, o cümlədən həssas əhali qrupları ilə bağlı işlər tam əhatə olunub. Onun sözlərinə görə, burada konkret olaraq tərəfdaşların fəaliyyətləri, istiqamətləri, büdcə imkanları, xüsusən də beynəlxalq qurumların konkret işləri məlum olub.

"Nazirliyin əhatə etdiyi sahələr bu milli fəaliyyət planında əhatə olunub. Adıçəkilən fəaliyyət planına əsasən, ölkədə işsiz, iş axtaran vətəndaşların sosial müdafiəsi, əlilliyi olan insanların, həssas qrupların, uşaqların, kimsəsiz uşaqların və ahılların sosial müdafiəsi ilə bağlı tədbirlərin daha geniş tərkibdə icrası və ixtisaslaşmış QHT-lərlə bu sahələrdə sıx işbirliyinin qurulması nəzərdə tutulur. Nazirliyin nəzdində fəaliyyət göstərən ictimai şuranın sıx cəlb olunduğu bu prosesdə konkret olaraq fəaliyyətləri konkretləşdirərək ixtisaslaşmış QHT-lərin fəaliyyəti buraya təsbit olunub. Bunun hazırlanmasında əksər qurumların təklifi nəzərə alınıb", - deyə o əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə