Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 minə yaxın gənci işlə təmin edib
\"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12 minə yaxın gənc münasib işlə təmin olunub\". SİA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. Ötən zaman ərzində gənclərin həmçinin, müəyyən peşə hazırlığı kurslarına cəlb edildiyini deyən N.Məmmədov vurğulayıb ki, 3 minə yaxın gənc milli peşələr üzrə kurslardan keçib, 500 gənc isə ictimai işlərə qatılıb.
"Əmək birjaları vasitəsilə də gənclər müəyyən işlərlə təmin olunub. Bu yaxınlarda nazirlik 2 xüsusi avtobuslar əldə edib ki, onlar da yerlərdə səyyar əmək birjaları kimi fəaliyyət göstərəcək. Əgər bunlar öz müsbət nəticəsini verərsə, bu say genişlənəcək. Bundan əlavə, müxtəlif ali təhsil müəssisələrində təşkil olunan əmək yarmarkaları vasitəsilə gənclər işlə təmin olunur. Ali təhsil ocaqlarında karyera və ilk addım adı altında görülən tədbirlər, yarmarkalar vasitəsilə 3 minə yaxın gənc müxtəlif işlərə cəlb edilib", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB