ƏƏSMN tərəfindən hazırlanan Tədbirlər Planı layihəsinin ictimai müzakirəsi keçirilib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən hazırlanmış Tədbirlər Planı layihəsinin ictimai müzakirəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Əmək və əhalinin
sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib
ki, ölkə rəhbərinin "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı
sərəncamında əhalinin rifahının mütərəqqi beynəlxalq normalara uyğun layiqli
səviyyəyə çatdırılması, davamlı sosial tərəqqinin təmin edilməsi, ictimai həyatın bütün sahələrində yeni
nailiyyətlərin idarə olunması ölkə qarşısında əsas hədəflər kimi qeyd
olunur. Onun sözlərinə görə, dövlət
başçısının sərəncamla təsdiqlədiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" bu
hədəflərə nail olunmasına şərait yaratmaqla, insan hüquq və azadlıqlarının
müdafiəsində yeni mərhələ açır.
"Proqramın 6 fəsli üzrə ümumilikdə 20-dən
çox maddədə müəyyən edilən vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planının
layihəsi hazırlanıb. Ötən ilin
ortalarında nazirlik yanında yaradılan
və ixtisaslaşan QHT-lərin təmsil olunduğu İctimai Şuranın iclaslarında
sosial sahə ilə bağlı yeni qanunvericilik layihələri, qeyd olunan Tədbirlər Planının layihəsi geniş müzakirə edilərək vətəndaş cəmiyyətlərinin rəy və təklifləri
nəzərə alınıb", - deyə nazir
əlavə edib.
Tədbriin davamında Tədbirlər Planının ilkin təqdimatı olub və layihə
ilə bağlı fikir mübadiləsi aparılaraq rəy və təkliflər bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB