“Gənclər üçün aktiv əmək bazarı tədbirləri” mövzusunda konfrans keçirilib-YENİLƏNİB

“Gənclər üçün aktiv əmək bazarı tədbirləri” mövzusunda konfrans keçirilib-YENİLƏNİB

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Gənclər üçün aktiv əmək bazarı tədbirləri" mövzusunda milli konfrans öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sədrliyi ilə keçirilən konfransda hökümət və qeyri-hökümət təşkilatları, Beynəlxalq Əmək Təşkilatının və İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak edib.

Natiq Məmmədov tədbirdə çıxış edərək ölkədə gənclər siyasəti istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, ölkə başçısı İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində sosial-iqtisafi inkişaf dinamikası davamlı xarakter alıb. Nazir müavininin sözlərinə görə, əhalinin, xüsusilə gənclərin səmərəli məşğulluğunun təminatı, əmək bazarının tələblərinə cavab verən rəqabətə davamlı gənc kadrların hazırlanması və digər sahələrdə mühüm tədbirlər həyata keçirilir: "Gənclərin məşğulluğu sahəsində beynəlxalq təcrübəyə əsaslanan işlər aparılır. Bu gün əmək bazarında bazarın tələbatlarına cavab verən gənc kadrlar hazırlanır".

İki sessiyadan ibarət olan konfransın davamında gənclər və idman nazirinin müavini İntiqam Babayev, İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Aqneta Rostromun, Sahibkarlar (İşəgötürənlər) Təşkiltaları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev və digərləinin çıxışları dinlənib. Tədbirdə gənclərin məşğulluq sahəsində müasir yanaşmanın formalaşması, onların peşə hazırlığı, yenidən hazırlıq və rəqabətə davamlılığının artırılması, qabaqcıl təcrübədə və digər məsələlər üzərində müzakirələr aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə