FHN Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat açıqlayıb

FHN Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat açıqlayıb

Fövqəladə Hallar Nazirliyi Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Alvadı kəndində "Volvo\" markalı yük avtomobili ilə \"VAZ-2107\" markalı minik avtomobili toqquşub. Nəticədə \"VAZ-2107\" markalı minik avtomobilinin sürücüsü 1972-ci il təvəllüdlü İ.B. Xansuvarov və avtomobildə olan 4 nəfər sərnişindən 2 nəfəri 1987-ci il təvəllüdlü Süleymanov Ramil Ayıq oğlu, 1972-ci il təvəllüdlü Ağayev Valeh Eynəli oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüblər. Avtomobildə olan xəsarət almış sərnişinlər 1986-cı il təvəllüdlü Xansuvarov Elçin Qəzənfər oğlu və 1987-ci il təvəllüdlü Xansuvarov Eyvaz Qəzənfər oğlu xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxardılaraq təcili yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 21:05-də xilasedicilər tərəfindən başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə