Cəbhə kəndləri güllə yağışına tutuldu

Cəbhə kəndləri güllə yağışına tutuldu

Ötən gecə İlaxır çərşənbəni qeyd etmək istəyən kənd sakinləri sözün əsl mənasında güllə yağışına tutulublar. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Ermənistan ordusu cəbhə kəndlərində yaşayan insanların bayram əhval-ruhiyyəsini pozmaq ücün kəndi iri və yüngül atıcı silahlardan atəşə tutub. Goranboyun Tar Qaraqoyunlu kəndinin sakinləri ilaxır çərşənbəni də qorxu altında keçiriblər.

Bu proses təqribən bir saata yaxın davam edib. Evlərin dam örtüklərinə, darvazalara, çardaqlara dəyən iri carlı silahların güllələri can almasa da camaatın bayramını qara gətirib.

Kəndin ətrafına güllələrin keçməməsi üçün istinad divarları da çəkilsə də bunun heç bir xeyiri olmayıb. Düşmən ordusu yüksəklikdə yerləşdiyindən yaşayış məntəqəsi açıq-aydın görünür.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə