Necdət Ünüvar: “Azərbaycan Türkiyənin ürəyinin bir parçasıdır” - FOTO

Necdət Ünüvar: “Azərbaycan Türkiyənin ürəyinin bir parçasıdır” - FOTO

"Bu gün beynəlxalq platformada Azərbaycan və Türkiyə bir-birinin ən yaxın dəstəkçisi və dostudur". SİA xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, millət vəkili Necdət Ünüvar, Azərbaycan Jurnalist Qadınlar Assosasiyasının (AJQA) təşkil etdiyi, qurumun üzvləri ilə görüş zamanı səsləndirib. N.Ünüvar jurnalistlərlə görüşdə Azərbaycana olan məhəbbətindən danışaraq bildirib ki, ona görə də təmsil etdiyi quruma könüllü şəkildə rəhbərlik edir.


Jurnalistlərin suallarını cavablandıran millət vəkili qeyd edib ki, Azərbaycan Türkiyənin ürəyinin bir parçasıdır. Onun sözlərinə görə, bu gün bəzi qüvvələr mövcuddur ki, bizim qardaşlığımızdan və bir-birimizə olan münasibətimizə qısqanclıqla yanaşır. O bildirib ki, bu qısqanclıqlarla da əlaqələrimizə kölgə salmaq istəyirlər. Bu tip insanlara isə mesaj olaraq ötən ay İstanbulun Taksim meydanındakı "Hamımız Xocalılıyıq" yürüşü bəs edər.


N.Ünüvar vurğulayıb ki, bu gün Türkiyədə "Hamımız Xocalılıyız" deyənlər "Hamımız erməniyiz" deyənlərdən çoxdur. "Ona görə də qoy araya girmək istəyənlərə əyan olsun və hamı birdəfəlik anlasın ki, Azərbaycan və Türkiyə ətlə-dırnaq kimidir, araya girən yalnız iylənıb çıxar."


Juranilslərlərə maraqlı fikir mübadiləsi aparan rəsmi qonaq, Azərbaycanın mədəniyyəti və mətbəxindən bəhs edərək, ölkələr arası olan bənzərlik və yaxınlıqdan söz açıb.


Sonda Necdət Ünüvar AJQA-nın kollektivi və jurnalistlərlə xatirə şəkli çəkdirib.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə