Millət vəkili: “Azərbaycanda ən böyük problem təhsil və mədəniyyət ocaqları arasındakı rabitənin qırılmasıdır” - MÜNASİBƏT
"Son aylarda ölkə ərazisində qızların ailələrindən qaçması ilə müşahidə olunan hadisələri hər kəs bir cür izah etməyə çalışır. Bəziləri tərbiyə problemlərinin olduğunu deyir, bəziləri valideynləri, bəziləri isə uşaqların qınanmalı olduğun deyirlər. Bu isə müasir dövrün çağırışlarıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Gülər Əhmədova deyib.
Millət vəkili bildirib ki, qloballaşan bir dünyada bu gün kəndlə şəhərin fərqini görmək üçün şəhərə gəlmək kifayət deyil. Millət vəkilinin sözlərinə görə, bu gün aradakı fərqi görmək üçün internet istifadəçisi olmaq kifayət edir.
"Müəyyən yaşlarda insanlarda müəyyən hormonal dəyişiklər baş verir. İnsanlar yenilik eşqi, yeniliklərə can atmaq, yeni emosiyalar, yeni arzular ilə yaşayır. Yaxşı olardı ki, bu gün yerlərdə olan məmurlarımız mədəniyyət ocaqlarını kifayət qədər aktivləşdirə bilərdilər. Azərbaycanda ən böyük problem təhsil ocaqları ilə mədəniyyət ocaqları arasındakı rabitənin qırılmasıdır. Böyük problemin həlli üçün təcili olaraq bu rabitəni bərpa etmək laızmdır", - deyə o əlavə edib.
G.Əhmədova qeyd edib ki, digər vacib məsələ bəzi kənd yerlərində "mentalitetə" uyğun olaraq qızların hər hansı bir kütləvi tədbirlərdə, klublarda, teatrlardakı iştirakına icazənin verilməməsidir: "Əslində düşünürəm ki, bu gün qız ledilərin yetişdirilməsi ilə bağlı ciddi işlər aparılmalıdır. Çünki cənubda yaşayırıq, uşaqlar tez inkişaf edir. Onların təhsildə uğurları yoxdursa, digər sahələrdə uğurlar qazanmaq istəyirlər. Digər sahələri isə biz özümüz onlara təklif edə bilərik. Bunlar sosial, ictimai sahələr ola bilər. Bu sahələri onlara təklif etməyəndə onlar da uşaq ağılları ilə arzularının, fantaziyalarının arxasınca gedəcəklər. Ona görə də uşaqları qətiyyən qınamırıq. Sadəcə hesab edirəm ki, əyalətlərdə bu işləri düzgün qurmaq lazımdır".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB