Səbail RİH əsgərlərə növbəti bayram sovqatını aparıb - FOTOSESSİYA

Səbail RİH əsgərlərə növbəti bayram sovqatını aparıb - FOTOSESSİYA

Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi əsgərlərə növbəti sovqat payını aparıb. SİA-nın xəbərinə görə, sovqat payını əsgərlərə çatdırmaq üçün Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri cəbhə bölgəsinə yola düşüblər. Onlar səfər çərçivəsində Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim edəcəklər.

Səfər çərçivəsində Bərdədə yerləşən Daxili Qoşunların N saylı hissəsində və Tərtərin Marquşavan kəndində yerləşən hərbi hissədə əsgərlərlə görüşəcəklər. Burada tanınmış incəsənət ustalarının iştirakı ilə bayram tonqalı ətrafında döyüşçülər üçün böyük konsert proqramı təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə