MTN-nin təşəbbüsü ilə “İnformasiya Təhlükəsizliyi” mövzusunda seminar keçirilib

MTN-nin təşəbbüsü ilə “İnformasiya Təhlükəsizliyi” mövzusunda seminar keçirilib

Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində "İnformasiya Təhlükəsizliyi" mövzusunda seminar keçirilib.

MTN-dən SİA-ya verilən məlumata görə, tədbirin məqsədi informasiya təhlükəsizliyi üzrə milli sistemin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və bu sahədə Avropa ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsidir. Seminarda informasiya təhlükəsizliyi sahəsində aidiyyəti dövlət qurumları və sahə üzrə ixtisaslaşmış akademik dairələrdən bütövlükdə 14 dövlət təşkilatının 40-dan çox nümayəndəsi iştirak edib.

Mühazirəçi qismində Rumıniya, Çexiya, Litva və Polşa ekspertləri çıxış edib. Seminarda Avropa İttifaqının informasiya təhlükəsizliyi üzrə standartları, Avropa Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə baxış, insidentlərin qarşısının alınması üzrə milli sistem və CERT-lər, təhlükəsiz internet proqramı, elektron hökumətin təhlükəsizliyi, məxfiçilik qaydalarının təmin olunması və digər mövzular müzakirə olunub.

Qeyd edilib ki, indiyə qədər ölkəmizdə bu mövzunun müxtəlif aspektləriniə dair tədbirlər keçirilsə də, adıçəkilən seminar bütövlükdə İnformasiya təhlükəsizliyinə həsr olunmuş ilk tədbirdir.




Bütün xəbərlər Facebook səhifəmizdə