Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin etdiyi rəhbərlə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyinin yeni təyin edilən rəhbəri Kamran Bağırovla görüşüb. SİA-nın xəbərinə görə, E.Süleymanova Ombudsman təsisatının insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa önəm verdiyini, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla sıx əməkdaşlıq əlaqələri yaratdığını, insan hüquqlarının müdafiəsi və bu istiqamətdə maarifləndirmə üzrə birgə tədbirlər, dəyirmi masalar, seminar-treninqlər keçirildiyini diqqətə çatdırıb. Proqramda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrin və onların icra mexanizmlərinin müzakirəsi məqsədilə dövlət qurumları və vətəndaş cəmiyyəti, uşaq hüquqları sahəsində çalışan QHT-lərin nümayəndələri, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və qadın təşkilatları ilə məsləhətləşmələrin keçirildiyi, müzakirələrin aparıldığı diqqətə çatdırılıb.
Ombudsman MFP-nin Azərbaycan və ingilis dili versiyalarının daxil edildiyi kitabçanı qonağa təqdim edib. Ombudsman digər hüquqlarla yanaşı, media hüquqlarının da müdafiəsinin Müvəkkil tərəfindən nəzarətdə saxlandığını vurğulayıb. Hüquq pozuntusuna yol verən KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsulların tətbiqi üzrə təkliflər verildiyi diqqətə çatdırılıb. O, Diffamasiya haqqında Qanunun qəbul edilməsi ilə bağlı təkliflə çıxış etdiyini, sözügedən sənədin qəbulu ilə əlaqədar müddəanın MFP-də də öz əksini tapdığını diqqətə çatdırıb.
K.Bağırov Müvəkkilin insan hüquqları sahəsində səmərəli fəaliyyətini təqdir edib, ölkədə təmsil etdiyi təşkilatın Ombudsman təsisatı ilə əməkdaşlığa önəm verdiyini və dəstək verməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB