Kapoeyra üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

Kapoeyra üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Şüa" İdman Sağlamliq Mərkəzində kapoeyra üzrə Bakı şəhər açıq kuboku keçirilib. Siasport.az saytının məlumatına görə, baş tutan birincilikdə Bakı şəhəri üzrə ümumilikdə 60 nəfər idmançı iştirak edib.

Qeyd edək ki, yarışın nəticələri aşağıdakı kimi olub:

I yer "Bakı-1" komandası (Bakı şəh.),

II yerə "Tornado" komandası (Bakı şəh.),

III yerə "Berenbau" komandası (Sumqayıt şəh.).

Onu da əlavə edək ki, I, II və III yeri tutmuş komandalara Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə