Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reyd keçirilib

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. ETSN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reydlər zamanı ümumilikdə, qanunsuz ov edən 4 nəfərdən 4 ədəd ov tüfəngi və 2 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılıb. Belə ki, Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı), Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində 2 nəfər (2 ov silahı) və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində 1 nəfər (1 ov silahı və 2 ədəd patron) saxlanılaraq həmin şəxslər barəsində protokol tərtib olunub və qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb. ETSN-in aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə