Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Salem Xalifa Əl-Haflini qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı Kəmaləddin Heydərov qonağa nazirliyin strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb.Qonaq da öz növbəsində, nazirliyin fəaliyyətini yüksək qiymətləndirib, hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB