Azad Rəhimov Avropa Şurası İdman nazirlərinin toplantısında iştirak edir
Serbiyanın Belqrad şəhərində Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransına start veriləcək. SİA-nın xəbərinə görə, martın 15-də baş tutacaq konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək.
Konfrans zamanı "Oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması", "Ümumavropa idman əməkdaşlığının cari siyasi məsələləri " və digər mövzular ətrafında müzakirələr aparılacaq. Eyni zamanda, konfrans çərçivəsindəqonaqlar üçünidmanda ümumAvropaəməkdaşlığına dairtəqdimat(WADA, Avropa İttifaqı,UEFA ilə əməkdaşlıq) ediləcək.
Qeyd edək ki, Avropa nazirlərinin əvvəlki konfransı Bakı şəhərində keçirilib və prosedura görə gənclər və idman naziri Azad Rəhimov növbəti konfransın həmsədirlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB