YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin seminar təşkil edib - FOTO
29 fevral 2012-ci il tarixdə YAP Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçiriib. YAP Biləsuvar rayon təşkilatından SİA-ya verilən məlumata görə, müşavirə çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək mövzusunda seminarlar təşkil edilib.
Buna müvafiq olaraq martın 12-dən YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyi üzvlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində seminar öz işinə başlayıb. Seminarı giriş sözü ilə YAP Biləsuvar rayon təşkilatının sədri K.Mirzəyev açaraq müasir dövrdə gənclərin qarşısında duran vəzifələr barədə danışıb.
YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Kamil Qurbanlı seminarda çıxış edərək seminarın keçirməsində məqsəd raqsəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək, ölkəmizdə gedən davamlı inkişafı dünya ictimaiyyəti ilə tanış etməkdir. O, belə treninqlərin davamlı olduğunu, gənclərimizin sosial şəbəkələrdə daha da aktivlik göstərməsinin vacibliyini seminar iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin sonunda gənclərlə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və qarşılıqlı fikir mübadiləsi edilib.
Qeyd edək ki, treninq YAP Biləsuvar rayon təşkilatı qərargahında kompyuterlə təchiz olunmuş dəyərimi masada 12-16 mart tarixləri arasında davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB