\"Norveçdəki azərbaycanlı gənclər mədəniyyətlərarası dialoqun təbliğində mühüm rol oynamalıdır\"-MÖVQE

\"Norveçdəki azərbaycanlı gənclər mədəniyyətlərarası dialoqun təbliğində mühüm rol oynamalıdır\"-MÖVQE

Başqa Avropa ölkələri ilə müqayisədə Norveçdə o qədər də azərbaycanlı yoxdur. Bunu SİA-ya açıqlamasında Norveçin Gənclər Birliyinin təmsilçisi Səfər Qasımov deyibb. O bildirib ki, amma az olmalarına baxmayaraq Norveçdə yaşayan azərbaycanlılar çox fəaldır və şəhərlərdə icmalar fəaliyyət göstərir, görüşlər keçirir və müxtəlif təbliğatlar aparırlar. S.Qasımov vurğulayıb ki, Norveçdəki azərbaycanlı gənclər əsasən mədəniyyətlərarası dialoqun təbliğində mühüm rol oynamalıdır: "Bizim başqa-başqa mədəniyyətlərimiz var və bu dialoqların aparılması vacibdir. Azərbaycanlı gənclər Norveç gəncləri ilə bir paralel tapmalı və bir-birimizə kömək edərək, qarşılıqlı başa düşərək dialoq yaratmalıyıq".

Onun sözlərinə görə, bu gün Azrbaycanda NAYO təşkilatı fəaliyyət göstərir və bu da Norveç azərbaycanlı gənclərin təşkilatıdır.

"Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi də çox vacib və mühüm addımlardan biri oldu. Dünyanın ayrı-ayrı ölkələrində azərbaycanlı gənc yaşayır və fəaliyyət göstərir. Bizim respublikamız cavan olduğuna görə öz ölkəmiz haqqında bütün lazımıi məlumatları dünyaya yaymalı və tanıtmalıyıq. Belə konfransalar çərçivəsində gənclərə təlimatlar verilir ki, biz öz ölkəmizi xaricdə düzgün yolla təbliğ edək. Dünyada yaşayan azərbaycanlıları birləşdirən təşkilatın yaradılması isə birgə əməkdaşlığa, onlaırn gələcək fəaliyyətinə mühüm töhfələr verəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə