Bu gün ölkəmizdə İlaxır çərşənbə bayramı qeyd olunur. Zəngin Milli Mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı Novruz Bayramını öz spektiv xüsusiyyətlərinə uyğun şəkildə respublikamızın hər yerində, eləcə də xaricdə yaşayan soydaşlarımız yüksək səviyyədə qeyd edir.
SİA-nın Aran bürosunun məlumatına görə, bu gün Şirvan şəhərində İlaxır çərşənbə bayramı qeyd olunub. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bayram tədbirində tonqal yandırılaraq mədəniyyət işçilər, musiqiçilər konsert proqramı ilə çıxış ediblər. İcra Hakimiyyətinin başçısı Mərdan Camalov tədbirdə çıxış edərək şəhər sakinlərinə çərşənbə bayramı münasibətilə xoş arzularını çatdırıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB