Ağcəbədidə bayram yarmarkası keçirilib

Ağcəbədidə bayram yarmarkası keçirilib

Bayram günlərində bazarlarda qiymətlərin sunu şəkildə artığı bir vaxtda bölgələrdə yarmarkalar təşkil edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, belə yarmarkalardan biri ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası Ağcəbədidə təşkil olunub.


Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan yarmarkada kəndlərdən gətirilən ət və ət məhsulları, süd və süd məhsulları, meyvə-tərəvəz və digər əmtəələr alıcıların

ixtiyarına buraxılıb.


Qeyd edək ki, yarmarka səhər saatlarından başlayıb , günorta saatlarınadək davam edib. Yarmarkanın mart ayının 20-dək keçirilməsi planlaşdırılır.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə