Gürcüstan nazirinin müşaviri: “Mədəniyyətin təbliği ölkələrin inteqrasiya olunmasında ən önəmli yollarından biridir”

Gürcüstan nazirinin müşaviri: “Mədəniyyətin təbliği ölkələrin inteqrasiya olunmasında ən önəmli yollarından biridir”

Gürcüstanda fəaliyyət göstərən bir çox gənclər təşkilatlarının orada yaşayan azərbaycanlıların gürcü ictimaiyyətinə inteqrasiya olunmasında çox böyük əməyi var. Bunu SİA-ya açıqlamasında Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev deyib. O bildirib ki, Gürcüstan dövlət nazirliyi olaraq həmin gənclər təşkilatları ilə çox böyük əlaqələr mövcuddur, onlarla birgə tədbirlər təşkil olunur, Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər vasitəsilə gürcü ictimaiyyətinı ətraflı məlumatlar verilir.

"Mədəniyyətin təbliği ölkələrin inteqrasiya olunmasında ən önəmli yollarından biridir. Bu gün Gürcüstanda rəsmi göstəricilərə əsasən, 284 min azərbaycanlı var və gürcülərdən sonra ilk yeri tuturlar. Gürcüstanda 100-lərlə gənclər təşkilatları var və ictimaiyyətdə çox aktivdirlər. Onlar Azərbaycan mədəniyyətinin təbliği, hər iki ölkə arasında önəmli bir körpü rolunu oynayırlar. Biz də nazirlik olaraq Gürcüstanda yaşayan azərbaycanlı gənclərin aktiv olmasına çox böyük dəstək verir və bu işi bundan sonra da davam ediləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə