Şamaxı sakini qəzetin yazdığına etiraz edir

Şamaxı sakini qəzetin yazdığına etiraz edir

Müxalifət mətbuatında guya "hakimiyyət-xalq münasibətlərində gərginlik yaşanır" fikirləri ilə dolu cızma-qaralar demək olar ki, hər sayında dərc olunur. İş o yerə çatıb ki, mətbuatımızın müxalif qanadı hətta sadə vətəndaşların adından yuxarı qurumlara şikayət məktubu göndərmək kimi cəsarət də göstərirlər.Bununla da ölkənin hər yerində guya narazılıqların olması barədə deyilənləri bir növ sübuta yetirməyə can atırlar.

SİA-nın verdiyi məlumata görə, belə "məktub"lardan biri də Şamaxı rayon sakini Əzizbaba Fətullayevin adından yazılıb. Əməkdaşımız məsələ ilə bağlı rayon sakini lə əlaqə saxlayıb. Hacı Əzizbaba xəbəri eşidən kimi qəzetə kəskin etirazını bildirdi və onun adından Prezident Administrasiyasına, Baş Prokurorluğa və digər dövlət qurumlarına məktub göndərdiyi üçün həmin qəzetdən şikayət edəcəyini dedi: "Bir Şamaxı sakini olaraq mənim adımdan rayon icra başçısı ilə bağlı mətbuatda yayılan informasiyanın heç bir əsası yoxdur".

Şamaxı sakini qeyd edib ki, onun özü bu gün məlumat alıb ki, adından mətbuatda rayon və rayonun rəhbərliyi ilə bağlı informasiya yayılıb: "Elə indicə qəzetləri alıb maraqlanıram ki, görüm bu nə məsələdir, bir sakin kimi mənim adımdan yayılıb. Hələ özüm məsələnin mahiyyətindən tam xəbərsizəm. Bu məsələnin mənimlə heç bir əlaqəsi yoxdur. Kimsə mənim adımdan o şəkildə danışıbsa, mən özüm həmin adamlardan şikayətçi olaram".

Qeyd edək ki, bu gün bəzi qəzetlərdə Şamaxı rayon sakini Əzizbaba Fətullayev adından Şamaxı rayonunun icra başçısı ilə bağlı şikayət dolu məktub ünvanlandığı qeyd olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə