Bakıda \"Türk Ocaqları\"nın yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Bu gün Atatürk Mərkəzində "Türk Ocaqları"nın yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Atatürk Mərkəzinin, Türkiyə səfirliyinin, Azərbaycan Türk İşadamları Birliyinin (ATİB) və s. təşkilatçılığı ilə baş tutub. Tədbirdə millət vəkilləri, ictimai xadimlər, həmçinin Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ da iştirak edib. Mərasimi giriş nitqi ilə Atatürk mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov açaraq bildirib ki, "Türk ocaqları"nın yaradılmasında Osmanlı türkləri ilə bərabər Azərbaycan türklərinin də böyük əməyi olub. O qeyd edib ki, bu qurumun yaradılması Türkiyə tarixində mühüm rola malikdir və bu təşkilat çox ağır bir şəraitdə meydana gəlib.
Daha sonra Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ çıxış edərək bu təşkilatın 600 illik imperatorluğun parçalanması nəticəsində yarandığını və dünyanın müxtəlif ölkələrindən gələn bir qrup ziyalının bu sahədə fəaliyyətə başladığını qonaqların diqqətinə çatdırıb: "Türk ocaqları"nın tarixi çox çətin bir dövrdə yaradılmağa başlayıb. Bu ocaqlar böyük tarixi əhəmiyyətə malikdir. Türk xalqlarının yaxınlaşmasında böyük rol oynayıb". Onun sözlərinə görə, Türkiyə qardaş türk dövlətlərinin müstəqillik əldə etdiyi ilk illərdən onların yanında olub. Nazir müavini türk kimliyinin tanıdılması, türkdilli cümhuriyyətlərlə əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirilən işlər barədə də ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər \"Türk Ocaqları\"nın tarixi fəaliyyəti, onun inkişaf istiqamətləri barədə dəyərli fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB