Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yayılan xəbərləri təkzib etdi
Bu günlərdə ölkə qəzetlərindən birində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ünvanına ittiham dolu bir yazı dərc edilib. SİA-nın xəbərinə görə, yazıda qeyd olunur ki, nazirliyin müxtəlif yerlərdəki idarələrinə tapşırılıb ki, işçilərin zorla internetə qoşulmalarına sövq edilsin. Bununla razılaşmayanların və internetə qoşulmayanların əmək haqlarından isə 20 manat məbləğində pul tutulacağı bildirilib.
RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov SİA-ya açıqlamasında yayılan məlumatları təkzib edib. O bildirib ki, yazı ilə bağlı nazirlik tərəfindən araşdırma aparılıb: "Belə bir hal baş verməyib. İnternetə qoşulma tamamilə könüllüdür. Kim istəsə internetdən istifadə edə bilər, kim istəsə yox. Bütün rayonlarla əlaqə saxladıq və ordan da bildirdilər ki, belə bir şey yoxdur və bütün bu məlumatlar əsassızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB