“Azərduz” maarifləndirmə aksiyası barədə mətbuat konfransı keçirib
Bu gün "Azərduz" marka heyəti Milli QHT Formu birgə maarifləndirmə aksiyası barədə mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd yodsuz duzların istehsalı ilə bağlı yaranan fəsadları aradan qaldırmaq olub.
Tədbirdə layihənin koordinatoru Ülvi Kazımov, marka təmsilçisi Coşqun Heydərov və "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov iştirak edib.
Tədbirdə çıxış edən Afiq Səfərov qeyd edib ki, bu gün Azərbaycanda əhalinin 75 faizi yod çatışmazlığından əziyyət çəkir: "Bu problemin aradan qaldırılması üçün "Azərsun Holdinq" Masazır duz zavodunu inşa edib. Hazırda "Azərsun Holdinq" duza olan tələbatın 47 faizini ödəməkdədir, bu isə onu göstərir ki, illik 90 min ton duza ehtiyac var. Masazırda duz zavodunun inşasında əsas məqsəd isə duz məhsullarının yüksək keyfiyyətlə ixracını təmin etmək, eyni zamanda əhali arasında yod çatışmazlığı fəsadlarını aradan qaldırmaqdır. Bu gün "Azərduz"un məhsulları Gürcüstan bazarında əvvəllər dominantlıq edən erməni duz məhsullarını sıxışdırıb çıxarıb. Azərbaycanda yodsuz duzun istehsalı, satışı və idxalı dayandırılmalıdır. Çünki məhz yod çatışmazlığından insanın immuniteti aşağı düşür, uşaqlar əqli və fiziki inkişafdan geri qalır, zob xəstəliyinə səbəb olur".
Tədbirdə çıxış edənlər mövzu ilə bağlı fikir və təkliflərini səsləndirdilər. O da qeyd olunub ki, bu tip maarifləndirici tədbirlər davamlı olmalı və insanlar öz sağlamlığının qeydinə qalmaları üçün yodsuz duzlardan istifadə etməməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB