Samir İmanov: \"Dünya Azərbaycanlı Gənclər Birliyi 11 il öncə yaradılan birliyin davamıdır\"

Samir İmanov: \"Dünya Azərbaycanlı Gənclər Birliyi 11 il öncə yaradılan birliyin davamıdır\"

\"Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlıların I Qurultayının təsis olunmasının davamıdır\". Bunu SİA-ya açıqlamasnda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov deyib. O bildirib ki, 11 il öncə ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarını bir yerə toplayanda heç kəs dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərin birgə fəaliyyət göstərməsi nəticəsində hansısa nəticə əldə edə biləcəyinə inanmırdı. S.İmanovun sözlərinə görə, artıq bu il Xocalı soyqırımının 20-ci ildönümündə dünya azərbaycanlıların gördüyü işlər nəticəsində onların birgə gücü əyani şəkildə sübut olundu.


"Dünya Azərbaycanlı Gənclər Birliyi 11 il öncə yaradılan birliyin davamıdır. 5 ildən sonra dünyada yaşayan azərbaycanlıların uğurlarını, onların Azərbaycan üçün gördüyü real işlərin şahidi olacağıq", - deyə o əlavə edib.


S.İmanov qeyd edib ki, son illər Azərbaycan dövlətinin qayğısı nəticəsində dünyanın müxtəlif universitetlərində tələbələr təhsil alır, media, hüquq, həkim kimi dünyada Azərbaycan peşəkarları çalışır: "Dünya Azərbaycanlı Gənclər Birliyinin məqsədi dövlətə, vətənə xidmət xidmət etmək, Azərbaycanı tanıtmaqdan ötrü var gücü ilə çalışmaqdan ötrüdür. Bu gün Azərbaycan gəncləri çox şüurludur və onları yoldan çıxartmaq olmaz. Dünyada təmsil olunan azərbaycanlı gənclər düz yoldadır, biz də diaspor gəncləri də hər zaman onlara dəstək olmuşuq, bundan sonra da belə olacaq. Əminəm ki, birgə sistem şəklində uğurlar davam edəcək və böyük nəicələr əldə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə