Bu gün Avrasiya Əməkdaşlıq Fondu tərəfindən "Azərbaycanda yeni media: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və British Embassy Baku təşkilatının birgə dəstəyi ilə təşkil olunub.
Dəyirmi masanın moderatoru jurnalist İlhamiyyə Novruzova olub. O, bu gün Azərbaycan mətbuatının mövcud durumu, mövcud problemləri barədə ətraflı məlumat verib. İ.Novruzovanın sözlərinə görə, bu gün medianın əsas tələblərindən biri də məlumatların operativ və düzgün şəkildə çatdırılmasından ibarətdir. Sosial şəbəkələrin də bugün böyük əhəmiyyət kəsb etdiyini deyən jurnalist qeyd edib ki, hazırda hər dəqiqədə 1 nəfər facebook səhifəsində qeydiyyatdan keçir: "Bu şəbəkələr vasitəsilə məlumatları daha geniş kütləyə yaymaq, mühüm irəliləyişlərə nail olmaq olar. Sadəcə olaraq, bu sosial şəbəkələrdən informasiya almaq və ötürmək baxımından da düzgün istifadə etmək lazımdır".
Dəyirmi masanın davamında "Yeni media: onların informasiyaların işıqlandırılması baxımından mənfi və müsbətləri", "Azərbaycanda vətəndaş jurnalistikası və onun perspektivləri" və digər mövzularda müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB