Ombudsman Grans Montana Forumunun 6-cı illik toplantısında iştirak edib
7-10 mart tarixlərində Brüsseldə Grans Montana Forumunun Afrika və Cənub Əməkdaşlığına həsr edilmiş 6-cı illik toplantısı keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu toplantıda iştirak edib. Forumun Beynəlxalq Qadınlar gününə təsadüf edən iş günündə İSESCO-nun və müxtəlif olkələrin xüsusi dəvət olunan birinci xanımlarının birgə dəstəyi ilə təşkil edilmiş görüşün müvafiq bölümündə Azərbaycan Ombudsmanı "Qadınların liderliyi və onların Azərbaycanda davamlı inkişaf prosesində iştirakı" mövzusunda çıxış edib.
Ombudsman qloballaşan dünyada qadınların rolundan danışmış, xüsusilə də onların davamlı inkişaf prosesində iştirakı üçün mühüm əhəmiyyət kəsb edən gender bərabərliyi məsələsinə toxunub. E.Süleymanova Azərbaycanda qadın liderliyinin inkişafı, qadınların ölkənın ictimai, siyasi, iqtisadi həyatında iştirakı barədə ətraflı məlumat verib. O, ölkədə insan hüquqları, o cümlədən qadın hüquqlarının həyata keçirilməsinin dövlət siyasətində mühüm yer tutduğunu, mükəmməl qadın siyasətinin formalaşdırıldığını, ölkə Prezidentinin müvafiq fərmanına əsasən yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın, ailə və uşaqların vəziyyəti ilə bağlı məsələlərin həlli istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
Ombudsman Azərbaycanda qadınların cəmiyyətdəki rolunun və fəaliyyətinin artdığını vurğulayıb, son parlament və bələdiyyə seçkilərində əvvəlkilərdən fərqli olaraq, seçki prosesinə qatılan qadın namizədlərin sayının daha çox olduğunu bildirib. O, bələdiyyə üzvü seçilmiş qadınların sayının əvvəlki dövrdə 4 faizdən 26 faizə qədər yüksəldiyini, habelə Milli Məclisdə qadın deputatların sayının 16 faizə qədər artdığını, qadın sahibkarlığının inkişaf etdiyini, ölkədə qadın hüquqlarının, gender bərabərliyinin, qadın və kişilər arasında hüquq bərabərliyinin təmin edilməsinə önəm verildiyini vurğulayıb.
Qrans Montano Forumunun növbəti toplantısının bu ilin iyun ayında Bakıda keçiriləcəyi nəzərdə tutulub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB