Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda \"İlaxır çərşənbəsi\" ilə bağlı təntənəli Novruz şənliyi keçirir. Novruzun əsas personajları -
Keçəl, Kosa və Bahar qızının da iştirak etdiyi dəvə karvanı saatın bu dəqiqələrində \"Azneft\" meydanından Suraxanıdakı "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğuna yola düşüb.
Karvan ulu Dədə Qorqudun elimizə-obamıza xeyir duasını alandan sonra \"Atəşgah\"dakı əbədi məşəldən od götürüb geri dönəcək. Musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirilən həmin alovla Qız qalasının üstündəki məşəllər alovlandırılacaq.
Ömrünüz həmişə bahar kimi təravətli keçsin, əziz xalqımız!
Bahar Bayramınız mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB