Bu gün ilaxır çərşənbədir
Bu gün sonuncu - İlaxır çərşənbədir. Bu çərşənbəyə xalq arasında İlaxır Çərşənbə ilə yanaşı, "Yer Çərşənbəsi\" və ya "Torpaq çərşənbəsi" də deyirlər. İnanclara görə \"Torpaq Çərşənbəsi\"ndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır Çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər.Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqal üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. İlaxır Çərşənbəniz mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə