Ağstafa RİH: “Bəzi qəzetlərdə yazılanlar yalandır və deyilənlərin heç bir əsası yoxdur”

Ağstafa RİH: “Bəzi qəzetlərdə yazılanlar yalandır və deyilənlərin heç bir əsası yoxdur”

Respublikamızın hər yerində olduğu kimi Ağstafa rayonunda da genişmiqyaslı abadlıq, quruculuq işləri aparılır. SİA-nın verdiyi məlumata görə, ölkəmizin Qərb regionunun xarakterik inkişaf tempinə uyğun olaraq Akstafa rayonunda da bu ilin əvvəlindən başlayaraq xeyli iş görülüb.

Buna baxmayaraq bəzi kütləvi informasiya vasitələrində rayonda aparılan abadlıq və quruculuq işlərinə kölgə salmağa cəhdlər edilir. Belə ki, həmin qəzetlər rayonda aparılan tikinti-quruculuq işləri haqda həqiqətəuyğun olmayan məqalələr dərc olunur. Bu da əsasən rayon sakinlərini çaşdırmağa yönəlib.

Əməkdaşımız məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib. Adıçəkilən dövlət qurumundan bildiriblər ki, bəzi qəzetlərdə yazılanlar yalandır və deyilənlərin heç bir əsası yoxdur. Rayondakı büdcə təşkilatlarından, sahibkarlardan qanunsuz pul yığılması məsələsinə gəldikdə isə RİH-dən bildiriblər ki, əksinə belə əməllərə qarşı rayonda ciddi tədbirlər görülür.

rayonun Poylu-Xətai-Aşağı Göyçəli avtomobil yolunun tikintisi yüksək keyfiyyətlə apatılıb və istifadəçilərin ixtiyarına verilib. İnşa edilmiş yollarda indiyə qədər çat və dağılma hallarına rast gəlinməyib. S.Vurğun adına parkda yenidənqurma ilə bağlı obyektləri sökülən sahibkarlardan birinə həmin parkda, digərinə isə özünün istədiyi yerdə müvafiq yer ayrılıb. Hər iki obyektin tikintisi RİH tərəfindən aparılır və başa çatmaq üzrədir.

RİH-dən daha sonra bildiriblər ki, rayonda yeni layihələrin icrası davam etdirilir. Ermənistanla həmsərhəd kəndlərin qazla təmin olunması üçün gücləndirilmiş iş rejimi tətbiq edilib.

Ağstafa rayonundan aldığımız məlumatda bir məsələ xüsusi olaraq vurğulanır ki, aparılan abadlıq və quruculuq işləri sakinlərin rahatlığı üçün aparılır. Buna görə də tam əminliklə demək olar ki, sakinlərin hüquqlarının tapdanması barədə verilən məlumatların heç bir əsası yoxdur.


Bütün xəbərlər Facebook səhifəmizdə