DİN-də Daxili Qoşunlarının Baş İdarəsinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

DİN-də Daxili Qoşunlarının Baş İdarəsinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-rolkovnik Ramil Usubov iştirak edib.

Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib.

Respublikanın bir sıra dövlət qurumlarını təmsil edən yüksək rütbəli şəxslərin də qatıldıqları tədbirə öncə Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Döyüş Bayrağı gətirilib. Sonra ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra DQ-nin iyirmi il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Zakir Həsənov ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Azərbaycan Resrublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunduğunu məmnunluqla xatırlanıb.

Tədbirdə qeyd olunub ki, müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə müxtəlif qüvvələrin tez-tez bir-birini əvəzləməsi, səriştəsiz idarəçiliyin tətbiqi, xalqın mənafeyinin şəxsi maraqlara qurban verilməsi, ölkəmizin zorla cəlb olunduğu müharibə və bu qəbildən olan digər hallar ölkədə xaotik bir durumun formalaşmasına rəvac vermiş, xarici təhlükələrin miqyası böyümüş, daxili sabitlik ciddi şəkildə yozulmuşdu. Yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxmış, ölkəmizdə möhkəm özüllər üzərində qurulan nümunəvi ictimai-siyasi sabitliyin, əmin-amanlığın yaradılmasına nail olunub.

Daxili Qoşunların komandanı xüsusilə vurğulaıb ki, ötən illər ərzində sözügedən qurum ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxmışdır. Daxil Qoşunların şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişlər. Ümumiyyətlə, döyüş əməliyyatları ararılan müddətdə Daxili Qoşunların 496 hərbi qulluqçusu həlak olmuş, 1166-sı yaralanmış, 268 nəfər itkin düşmüş, 9 əməkdaş "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin diqqətindən kənarda qalmamış, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.

Bu gün Daxili Qoşunların yüksək döyüş hazırlığına malik bir qurum olduğunu deyən general-leytenant Z.Həsənov bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı inkişaf prosesi gedir. Aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Təsadüfi deyil ki, maddi-texniki bazanın möhkəmləndirilməsi, kazarma-yaşayış fondunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində hərbi hissələr müasir texnika və rabitə sistemləri ilə təchiz olunmuş, istifadədə olan silah, texnika, xüsusi vasitə və avadanlıqlar ən yüksək beynəlxalq standartlara cavab verir. Ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə Orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb də yaradılmışdır.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırıb.

Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan general-polkovnik Ramil Usubov Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini xüsusilə qeyd edib.

Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini tədbir iştirakçılarının nəzərinə çatdıran cənab Ramil Usubov müstəqilliyimiz ilə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim ararıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunnmasında əzmkarlıq nümayiş etdirdiyini, Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloyi hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla bildirib. Bu gün yüksək nizam-intizama, pekşəkar hazırlığa malik olan Daxili Qoşunlarda xüsusi bir döyüş ruhu yaşandığını diqqətə çatdıran daxili işlər naziri bunun heç də təsadüfi olmadığını, möhtərəm Prezidentimizin dəfələrlə hərbi hissələrə getməsinin, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olmasının hər bir hərbi qulluqçunun döyüş əzminin daha da yüksəlməsinə böyük stimul verdiyini, möhtərəm dövlət başçımızın Silahlı Qüvvələrin tərkib hissəsi kimi Daxili Qoşunların təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Məhz belə ali diqqət və qayğı nəticəsində Daxili Qoşunların sosial-məişət problemlərinin son illər çox sürətlə öz həllini tapdığını deyən nazir zabitlər üçün xidməti yaşayış komplekslərinin tikilməsinin, müasir standartlara uyğun əsgər yataqxanalarının istifadəyə verilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

General-rolkovnik Ramil Usubov Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələrin öhdəsindən ümumən uğurla gəldiyini diqqətə çatdırıb və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət qarşıda qoyulan bütün vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətli xidmətini əzmlə davam etdirəcək.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlar, daxili işlər nazirinin və nazir müavini - Daxili Qoşunlar komandanının müvafiq əmrləri elan olunduqdan sonra general-rolkovnik Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar, bir qrup əməkdaşa isə rütbə və mükafatları təqdim edib.

Qeyd edək ki, təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə