Mətanət Məhərrəmova: “Bizim işimiz daha çox gənclər üzərində qurulub”

Mətanət Məhərrəmova: “Bizim işimiz daha çox gənclər üzərində qurulub”

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ilin martın 10-da yaradılıb. Bizim işimiz daha çox gənclər üzərində qurulub. Sumqayıt şəhəri yarandıgı vaxtdan bu cəmiyyət burada da fəaliyyət göstərir. Bunu SİA-ya açıqlamasında Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova gənclərlə bağlı görülən işlərə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Respublikanın müxtəlif regionlarında təbii və digər fəlakətlər zamanı Qızıl Aypara Cəmiyyəti tərəfindən zərərçəkmişlərə operativ surətdə ilk yardım və sosial-tibbi xidmətlər göstərilir: "Mən 12 ilə yaxındır ki, həmin təşkilatın sədri vəzifəsində çalışıram. Respublikamızda yaşayan tənha və kimsəsiz kateqoriyasından olan insanlara diqqət və qayğının artırılması cəmiyyətimizin qarşısında duran ən mühüm və zəruri məsələlərdən biridir".


Qurum sədri dedi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sosial, tibbi-sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik edilməsi haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 18 noyabr 2011-ci il 207 №-li sərəncam imzalamışdır: "Qızıl Aypara Cəmiyyəti keçən il ərzində bir sıra uğurlu layihələrə imza atıb. Ən böyük layihələrimizdən biri isə "İsti yemək" layihəsi olub. Əsas məqsəd insanları isti yeməklərlə təmin olunması idi. Layihə bir neçə ay mütəmadi olaraq keçirildi".

Bütün xəbərlər Facebook səhifəmizdə