Bakıda Beynəlxalq turizm sərgisi keçiriləcək

Bakıda Beynəlxalq turizm sərgisi keçiriləcək

Aprelin 12-14-də Bakıda Beynəlxalq turizm sərgisi (AITF) keçiriləcək.SİA-nın verdiyi məlumata görə, AITF-də dünyanın 28 ölkəsindən 200-dən çox şirkət iştirak edəcək. Bu şirkətlər turistlər üçün məxsusi təkliflərini verəcəklər. Sərgidə 60-dan çox turizm istiqamətləri üzrə 15 milli stend təqdim ediləcək. Artıq üçünçü ildir Türkiyə tədbirin tərəfdaş ölkəsi sayılır və turizm potensialını göstərəcək.

Bu sərgidə Bolgarıstan ilk dəfə iştirak edəcək. Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirinin müavini İvo Marinovanın sözlərinə görə, Bulqarıstan və Azərbaycan arasında turizm sahəsindəki əməkdaşlıqda böyük potensial mövcuddur.

Gürcüstan, Sloveniya, Çexiya və Dubay da milli stendlərini açacaqlar. Bu il sərgidə Dünya Turizm Təşkilatı da təkliflərlə çıxış edəcək.

Ənənəvi olaraq, Azərbaycanın Mədəniyyət və Turizm nazirliyin stendində respublikanın turizm potensialı nümayış olunacaq. Turizm agentlikləri Azərbaycanda istirahət etmək üçün yeni layihələr təqdim edəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə