Azay Quliyev Türk Hava Qurumunun rəhbərlərilə görüb

Azay Quliyev Türk Hava Qurumunun rəhbərlərilə görüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkəmizdə səfərdə olan Türk Hava Qurumunun başkanı Osman Yıldırım və Türk Hava Qurumu Universitetinin rektoru prof. dr. Ünsal Banla görüşub.


QTH-lərə Dövlət Dəstəyi Şurasından SİA-ya verilən məlumata görə, qonaqlar Şura sədrinə Türk Hava Qurumu haqqında məlumat verərək bildiriblər ki, qeyri-hökumət təsisatı proqramları çərçivəsində fəaliyyət göstərən Qurum mülki aviasiya müəssisələri üçün müxtəlif ixtisaslar üzrə kadrlar hazırlayır, fövqəladə hadisələr sırasında yanğınların söndürülməsi məqsədilə aviaxidmətlər göstərir, şəxsi təyyarələr üçün pilot və xidmət personalının hazırlanması ilə məşğul olur.

Qeyd edək ki, səfərin məqsədi Azərbaycanda müvafiq strukturlarla tanışlıq, Qurumun Azərbaycanda şöbəsinin təsis edilməsi, habelə azərbaycanlı gənclərin Türk Hava Qurumu Universitetində təhsil alması üçün əlaqələrin yaradılmasıdır.


Azərbaycan qeyri-hökumət sektorunun qarşısında duran vəzifələr və bu yöndə Şura tərəfindən görülən işlər haqqında qonaqları məlumatlandıran Azay Quliyev Türkiyənin qeyri-hökumət sektoru ilə Azərbaycan QHT-lərinin əlaqələrinin hələ yetərincə yüksək səviyyədə olmadığını bildirib. A.Quliyev iki əsrdən artıq ictimai fəaliyyət təcrübəsi olan Türkiyə vəqflərindən Azərbaycan QHT-lərinin öyrənə biləcəyi çox şeylərin olduğunu qeyd edib.


A.Quliyev aviasiya sahəsi üzrə fəaliyyət əməkdaşlığının qeyri-hökumət təşkilatları üçün nisbətən yeni olduğunu bildirib.

Şura sədri həmçinin bu yöndə işlərin irəliləməsinə öz köməyini əsirgəməyəcəyini diqqətə çatdırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə