Seymur Orucov: “Dünya Azərbaycanlı Gənclər Birliyinin yaranması çox mühüm hadisədir” - MÜNASİBƏT
"Bu gün Azərbaycanın tarixində çox mühüm hadisə baş verib". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Dünya Azərbaycanlılarının Gənclər Birliyinin təsis olunmasına münasibət bildirərkən deyib. YAP Gənclər Birliyinin sədrinin sözlərinə görə, bu hadisə onun göstəricisidir ki, Azərbaycan artıq dünyada özünü isbat etmək üçün daha da təşkilatlanır.
S.Orucov vurğulayıb ki, bununla da Azərbaycan gəncliyinin həyatında yeni bir qurum meydana gəlib. Hakim partiyanın Gənclər Birliyinin sədri hesab edib ki, yeni yaradılan bu qurum dünyadakı bütün Azərbaycan diasporları, eləcə də dünyada yaşayan bütün azərbaycanlılarla sıx işləyəcək. S.Orucov vurğulayıb ki, yaradılan bu qurum həm də Azərbaycanın düzgün təbliğatını aparacaq: "Ona görə də hesab edirəm ki, bu qurumun yaradılması çox mühüm məsələdir. Mən bütün dünya azərbaycanlılarını və Azərbaycan gənclərini bu qurumun yaradılması münasibəti ilə ürəkdən təbrik edirəm və qurumun fəaliyyətinə isə uğur və bol nailiyyətlər arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB